Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sında növbəti rəsmi matçını bu gün keçirəcək.
Sportnet.az-ın məlumatına görə, 24 yaşlı hücumçu Varşava təmsilçisinin heyətində Estoniya "Flora"sına qarşı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda meydana çıxacaq. O, start "11-liy"ində yer alıb.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.