Polşanın "Legiya" komandasının 2021/2022 mövsümündə istifadə edəcəyi oyun formaları təqdim olunub.
Sportnet.az-ın məlumatına görə, Varşava təmsilçisinin yeni geyim dəstlərini Azərbaycan millisinin hücumçusu Mahir Emreli təqdim edib.
Qeyd edək ki, 24 yaşlı forvard "Legiya"nın heyətində meydana çıxdığı 4 rəsmi oyunda 3 qol vurub.