Fernando Torres İspaniya "Atletiko"sunun gənclərdən ibarət komandasına baş məşqçi təyin olunub.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ötənlərin məşhur futbolçusu ilə 2021/2022 mövsümünün sonunadək müqavilə bağlanılıb.
Qeyd edək ki, Fernando Torres 11 yaşında ikən "Atletiko" akademiyasına qoşulub. 2001-ci ildə isə o, əsas komandada debüt edib. 2007-ci ildən müxtəlif klublarda çıxış etmiş sabiq hücumçu 2016-cı ildə Madrid komandasına qayıdıb və 2019-cu ildə karyerasını bitirib. "Atletiko"da 404 oyuna 129 qol vuran Torres 2017/2018 mövsümündə Avropa Liqasının qalibi olub. İspaniya yığmasında isə o, dünya (2010) və ikiqat Avropa çempionluğu (2008, 2012) qazanıb.