
Yunanıstanın "Olimpiakos" klubu "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün Bakıya gəlib.
Sportnet.az-ın məlumatına görə, Pedro Martinsin baş məşqçilik etdiyi komanda ötən gün axşam saatlarında Azərbaycana çatıb.
Afina təmsilçisinin heyətində Andreas Buxalakis, Oleq Ryabçuk, Sokratis Papastatopulos, Tanasis Andrutsos, Tikinyo, Agibu Kamara, Yan M Vila və Eqmundur Kristinsson zədə, Məhəmməd Kamara cəza üzündən yer almayıb. "Ağ-qaralar"dan isə Namik Ələskərov zədəli, Mert Çelik cəzalıdır.
Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Olimpiakos" oyunu saat 21:00-da başlayacaq. "Ağ-qaralar" ilk matçda minimal hesabla uduzub - 0:1.