AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva növbəti təyinat alıb.
Sportnet.az xəbər verir ki, Mehtiyeva qadınlardan ibarət komandalar arasında UEFA Çempionlar Liqasının 4-cü qrupunun oyunlarında iş başında olacaq. O, 18 - 21 avqustda Rusiyada keçiriləcək oyunlarda UEFA nümayəndəsi olacaq.
Bu qrupda “Arsenal” (İngiltərə), PSV (Eyndhoven, Niderland), “Lokomotiv” (Moskva, Rusiya) və “Okjetpes” (Qazaxıstan) klubları mübarizə aparacaq.