UEFA Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, ikinci oyun günündə keçirilmiş görüşlərdən sonra pley-offa son 6 vəsiqənin sahibi bəlli olub.
Türkiyə təmsilçisi "Qalatasaray" Şotlandiyada "Sent-Conston"u 4:2 hesabı ilə yenərək, mərhələ adlayıb. "Sarı-qırmızılar" pley-off raundunda Danimarka "Randers"ini sınağa çəkəcək.
Şotlandiyanın digər təmsilçisi "Seltik" qitənin ikinci nüfuzlu klub turnirində mərhələ adlayıb. Avropa Liqasında mübarizəni Finlandiyanın HİK, Avstriyanın "Rapid" (Vyana), Sloveniyanın "Mura" və Ermənistanın "Alaşkert" klubları da davam etdirəcək.
Avropa Liqası
12 avqust
III təsnifat mərhələsi, cavab oyunları
19:00. “Alaşkert” (Ermənistan) - “Kayrat” (Qazaxıstan) - 3:2
İlk oyun - 0:0
20:00. HİK (Helsinki, Finlandiya) - "Neftçi" (Azərbaycan) - 3:0
İlk oyun - 2:2
21:00. “Anortosis” (Kipr) - “Rapid” (Vyana, Avstriya) - 2:1
İlk oyun - 0:3
21:00. “Jalgiris” (Vilnüs, Litva) - “Mura” (Sloveniya) - 0:1
İlk oyun - 0:0
22:00. “Sent Conston” (Şotlandiya) - “Qalatasaray” (Türkiyə) - 2:4
İlk oyun - 1:1
22:45. “Seltik” (Şotlandiya) - “Yablonets” (Çexiya) - 3:0
İlk oyun - 4:2
Qeyd edək ki, daha əvvəl Kiprin "Omoniya" və Slovakiyanın "Slovan" (Bratislava) komandaları pley-offa yüksəlib.