Gənclərdən ibarət Əfqanıstan millisinin futbolçusu Zəki Ənvari ölkəni tərk etmək istəyərkən dünyasını dəyişib.
Sportnet.az xəbər verir ki, bu barədə junalist Babak Taqvay tvitter hesabında məlumat verib.
Gənc oyunçunun cəsədinin hissələri ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-17A təyyarəsinin şassisində tapılıb.
Qeyd edək ki, Taliban quruplaşması Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra bir çox sakin ölkəni tərk etməyə çalışır.