Yaponiya çempionatında "Tokusima Vortis" və "Avispa Fukuoka" komandaları arasında keçirilmiş matç zamanı qeyri-adi insident baş verib.
Sportnet.az-ın məlumatına görə, baş hakim "Tokusima"Nın məşqçilərindən birinə su qabına təpik vurduğu üçün qırmızı vərəqə göstərib. Məşqçi referinin qərarından narazı qaldığı üçün belə hərəkətə yol verib.
Ədalət təmsilçisi isə epizoda yenidən baxmaqdan ötrü VAR sisteminə müraciət edib. Nəticədə qəzəbli məşqçi meydandan qovulub.
Qeyd edək ki, görüş "Avispa"nın qələbəsi ilə yekunlaşıb - 3:0.
— Drafts 3.7 (@3Drafts) August 30, 2021