1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Azərbaycan millisi mübariz və döyüşkən komandadır"
"Yeni stadionda ilk oyunumuzu keçirəcəyik. Çalışacağıq ki, ilk oyundan qalib ayrılaraq azarkeşlərimizi sevindirək".
Sportnet.az-ın məlumatına görə, bunu Lüksemburq milli komandasının baş məşqçisi Lük Holts evdə Azərbaycan yığması ilə keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə qrup oyunundan əvvəl mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis şansları bərabər qiymətləndirib: “Azərbaycan millisi möhkəm komandadır. Hər iki komandanın qalib gəlmək şansı 50 faizdir. Təbii ki, 3 xal üçün meydana çıxacağıq. Rəqibin gücünü nəzərə almaqla bunu etmək asan olmayacaq. Azərbaycan millisi seçmə mərhələdə Portuqaliyaya 0:1, Serbiyaya isə 1:2 hesabı ilə məğlub olub. Bu da onların mübariz komanda olmasından xəbər verir”.
Komandanın futbolçusu Danel Sinani isə Azərbaycanla sonuncu oyunda penaltidən istifadə edə bilmədiyini xatırladıb. Amma o, sabahkı qarşılamaya tam hazır olduqlarını vurğulayıb: "Rəqibin mübariz, döyüşkən komanda olmasına baxmayaraq, qalib gəlməyə çalışacağıq”.