Rusiyanın Kazan şəhərində təşkil olunan I MDB oyunlarında iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin rəqibləri müəyyənləşib.
Federasiyadan Sportnet.az-a verilən məlumata görə, B qrupunda yer alan kollektiv Belarus və Qırğızıstan yığmaları ilə üz-üzə gələcək.
Komanda ilk oyununu sentyabrın 7-də Belarusa qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, U-19 Kazana sentyabrın 5-də yollanacaq. Baş məşqçi Ağatahir Əzimov yarışda bu futzalçıların xidmətindən istifadə edəcək: Nazim Rəhimov, Fariz Mehrəliyev, Xəzər Ağalızadə, Azər Fərmanov, Nurlan Məmmədov, Məhəmməd Abbasov, Fərid Mikayılov, Asiman Yusubov, Şahmar Cəfərli, Əli Mahmudov, Elgün Rzayev, Mirzə Əmirov, Şaiq Vəlizadə, Fuad Məmmədzadə.