Futbol üzrə Ukrayna millisinin sabiq baş məşqçsisi Andrey Şevçenko karyerasını ABŞ-da davam etdirə bilər.
Sportnet.az xəbər verir ki, bu barədə jurnalist Nikola Skira tvitterdə yazıb. O bildirib ki, 45 yaşlı mütəxəssislə 3 MLS klubu maraqlanır.
Qeyd edək ki, Andrey Şevçenko 2016-cı ildə baş məşqçi təyin edildiyi Ukrayna millisi ilə yollarını avqustun 1-də ayırıb. Komanda onun rəhbərliyi altında AVRO-2020-də 1/4 finala yüksəlib. Şevçenkonu bu postda Aleksandr Petrakov əvəzləyib.