"Neftçi"nin futbolçusu Voislav Stankoviçin övladları Azərbaycan himnini öyrəniblər.
Sportnet.az-ın məlumatına görə, serbiyalı müdafiəçinin hər iki oğlu flaqmanın Azərbaycan Premyer Liqasında IV turun "Keşlə"yə 3:0 hesabı ilə qalib gəldiyi oyundan öncə ənənəvi qaydada səsləndirilən Dövlət Himnini oxuyublar.
Stankoviç Azərbaycanda 2015-ci ildən çıxış edir. O, "Neftçi"dən əvvəl "İnter" (hazırkı "Keşlə") və "Qəbələ"nin də formasını geyinib.