"İnter"dəki debütüm Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı idi".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri İtaliyanın "İnter" klubunun futbolçusu Federiko Demarko yerli mətbuata müsahibəsində deyib.
24 yaşlı müdafiəçi 2014/2015 mövsümündəki qarşılaşmanı yada salıb: "Hər anı və keçirdiyim hissləri xatırlayıram. Danilo Dambroziyonun yerinə meydana girdim. Baş məşqçi Roberto Mançini idi. Mənə zəng vuranda bu, real görünmürdü. Meydanı tərk edərkən hisslərimi ifadə etməyə söz tapa bilmirdim".
Qeyd edək ki, Bakıdakı qarşılaşma qolsuz heç-heçə ilə bitib.