Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, turun son oyununda "Sumqayıt" "Səbail"i qəbul edib. "Kapital Bank Arena"dakı görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmada hesab ilk hissədə açılıb. 37-ci dəqiqədə Rəhim Sadıxov cərimə zərbəsindən baxımlı qolla "gənclik şəhəri" təmsilçisini önə çıxarıb. 74-cü dəqiqədə isə Səid Rza matçda yekun hesabı müəyyənləşdirib.
63-cü dəqiqədə qonaqların hücumçusu Nikolas Raysel rəqibin müdafiəçisi Höccət Haqverdiyə başı ilə zərbə vurduğu üçün qırmızı vərəqə alaraq, meydandan qovulub.
6 oyundan sonra qələbə qazanan "Sumqayıt" xallarını 11-ə çatdıraraq, turnir cədvəlində "Səbail"i qabaqlayıb və 5-ci pilləyə yüksəlib. 9 xalı olan "dənizçilər" isə 6-cı sırada qərarlaşıb.
Qeyd edək ki, günün ilk görüşündə "Sabah" Qəbələdə eyniadlı komandanı məğlub edib - 3:1. İlk oyun günündə isə "Zirə" evdə "Keşlə"yə 2:0, "Qarabağ" isə "Neftçi"yə 4:0 hesabı ilə qalib gəlib.
--------------------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Qəbələ" evdə "Sabah"la qarşılaşıb. Qəbələ şəhər stadionunda oynanılan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesabı paytaxt təmsilçisi açıb. 20-ci dəqiqədə Coy-Lens Mikels fərqlənib. 40-cı dəqiqədə Fofana Tiemoko fərqi 2 topa çatdırıb. 63-cü dəqiqədə Aleksey İsayev baxımlı qolla əyalət təmsilçisini 3-cü dəfə meydanın mərkəzinə dəvət edib. Qarşılaşmada son nöqtəni isə 69-cu dəqiqədə penaltidən İsnik Alimi qoyub.
Bu mövsüm ölkə çempionatında ardıcıl 2-ci qələbəsini qazanan "Sabah" 7 xalla sonuncu pillədə qalıb. 15 xalı olan "Qəbələ" isə 3-cü sıradakı mövqeyini qoruyub.
Qeyd edək ki, ilk oyun günündə "Zirə" evdə "Keşlə"ni 2:0, "Qarabağ" isə "Neftçi"ni 4:0 hesabı ilə məğlub edib. Tura bu gün keçiriləcək "Sumqayıt" - "Səbail" görüşü ilə yekun vurulacaq.
-------------------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçı Qəbələdə baş tutacaq. Şəhərin eyniadlı komandası "Sabah"ı qəbul edəcək. 15 xala malik əyalət təmsilçisi "Zirə" ilə birlikdə 3-4-cü yerləri bölüşdürür. Rusiyalı Murad Musayevi baş məşqçi postuna təyin edən paytaxt klubu 4 xalla sonuncu - 8-ci sıradadır. Tərəflər indiyədək Premyer Liqada 12 dəfə üz-üzə gəliblər. Bunların 5-də "qırmızı-qaralar", 5-də isə qonaqlar meydanı 3 xalla tərk edib, 2 görüşdə qalib müəyyənləşməyib. Topların fərqində "Sabah"ın minimal üstünlüyü var - 14:13. “Qəbələ” son iki qarşılaşmada rəqibinə 2 qol vurub və uduzmayıb. “Sabah”ın səfərdəki son üç görüşündə ən azı 3 qol qeydə alınıb.
Turun son matçında "Sumqayıt" "Səbail"lə üz-üzə gələcək. "Gənclik şəhəri" təmsilçisi 8 xalla 6-cı, "dənizçilər" isə 9 xalla 5-cı yerdədir. Əvvəlki 15 oyunu 7-də meydan sahibləri, 6-də qonaqlar qələbə qazanıbsa, 2 görüşdə heçə-heçə yekunlaşıb. Topların fərqində də "Sumqayıt" üstündür - 15:13.
Azərbaycan Premyer Liqası, IX tur
16:00. “Qəbələ” – “Sabah” - 1:3
Qollar: İsnik Alimi, 69 (pen.) - Coy-Lens Mikels, 20, Fofana Tiemoko, 40, Aleksey İsayev, 63
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu
18:15. “Sumqayıt” – “Səbail” - 2:0
Qollar: Rəhim Sadıxov, 37, Səid Rza, 74
Qırmızı vərəqə: Nikolas Raysel, 63 ("Səbail")
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Vüsal Məmmədov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“Kapital Bank Arena”
Qeyd edək ki, ilk oyun günündə "Zirə" "Keşlə"ni 2:0, "Qarabağ" isə "Neftçi"ni 4:0 hesabı ilə üstələyib.