"Neftçi"nin futbolçusu Sabir Buqrin Həcc ziyarətinə gedib.
Sportnet.az-ın məlumatına görə, 25 yaşlı Mərakeş əsilli fransalı oyunçu bu barədə instaqram hesabından foto paylaşıb. "Həqiqətən qəlblər Allaha zikr etməklə rahatlıq tapır", - deyə o, paylaşımında yazıb.
Paytaxt təmsilçisinin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyev Sportnet.az-a açıqlamasında yarımmüdafiəçinin klubdan icazə alaraq Məkkəyə getdiyini söyləyib: "Onun yüngül zədəsi var idi və bir müddət məşqlərə qatıla bilməyəcəkdi. Baş məşqçi bu səbəbdən getməsinə icazə verdi".
Qeyd edək ki, Sabir Buqrin 2020-ci ilin yayından "Neftçi"də çıxış edir.