“Əslində, oyunun bu şəkildə keçəcəyini gözləyirdim. Çünki 5-6 gün məşq etmək bu cür oyuna hazırlaşmaq baxımından azdır".
Sportnet.az-ın məlumatına görə, bunu futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva Ukraynaya 0:4 hesabı ilə uduzduqları yoldaşlıq görüşündən sonra deyib.
Braziliyalı mütəxəssis bildirib ki, legioner həyatı yaşayan futzalçıları 6-7 aydır öz klublarındakı baş məşqçilərinin taktiki sxemi əsasında oynayırlar. Da Silvanın fikrincə, onları millinin oyun üslubuna alışdırmaq üçün vaxt lazımdır: "Bolinyanın qırmızı vərəqə alması da işimizi çətinləşdirdi. Ona qədər hadisələr istədiyim kimi cərəyan edirdi. Ondan sora səhvlərimiz çoxaldı. Ardıcıl səhvlərin nəticəsində isə qollar buraxdıq. Bu cür oyunlar da həmin səhvləri aşkarlamaq üçündür. Daha çox işləməli, vacib turnirə hazırlaşmalıyıq".
Baş məşqçi Ukrayna ilə dekabrın 19-da keçirəcəkləri növbəti yoldaşlıq görüşündə nələrisə dəyişməyə çalışacaqlarını da əlavə edib.