Türkiyənin "Fənərbağça" klubunda baş məşqçi postuna əsas namizədlər bəlli olub.
Sportnet.az "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 3 mütəxəssisdən birinə həvalə ediləcək.
Bunlar Kenan Koçak, İsmail Kartal və hazırda Çinin "Beytszin Qoan" klubuna rəhbərlik edən xorvatiyalı Slaven Biliçdir.
Klub rəhbərliyi hazırda İsmail Kartalın təyinatına müsbət baxır. O, 2014/2015 mövsümündə komandanın sükanı arxasında olub.
Qeyd edək ki, "Fənərbağça" ötən gün baş məşqçisi Vitor Pereyranı istefaya göndərib.