Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sının prezidenti Dariuş Mioduski özünə xüsusi mühafizəçi tutub.
Sportnet.az-ın yerli mətbuata istinadən məlumatına görə, funksioner azarkeşlərin mümkün hücumundan qorunmaq məqsədilə bu addımı atıb.
O, komandanın uğursuzluğuna görə fanatların bəzi futbolçulara xəsarət yetirməsindən sonra özü ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirməyə qərar verib.
Qeyd edək ki, "Legiya" azarkeşləri Ekstraklasanın XVIII turunda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra futbolçulara hücum edib. Nəticədə Mahir Emreli və Lukinyas xəsarət alıb. Emreli həmin hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmayıb. Onun paytaxtdan klubundan ayrılacağı gözlənilir.