
2022-ci il Çin təqviminə görə pələng ilinə təsadüf edir.
Sportnet.az-ın məlumatına görə, qarşıdakı il Azərbaycan Premyer Liqasında çıxış edən bir neçə futbolçu üçün əlamətdar olacaq.
Bunlar 1986 və 1998-ci illərdə anadan olan oyunçulardı. "Neftçi"dən Ömər Buludovla, Yusuf Laval, "Qarabağ"dan İsmayıl İbrahimli, "Sumqayıt"dan Murad Xaçayev, "Zirə"dən Hacıağa Hacılı, "Sabah"dan Amin Seydiyev, "Qəbələ"dən Rövlan Muradov, "Səbail"dən isə Turan Manafovla, Ruslan Hacıyev 1998-ci ildə anadan olub.
Premyer Liqada yalnız 3 futbolçu 1986-ci ildəndir. "Qəbələ"nin kapitanı Asif Məmmədov, "Səbail"in qapıçısı Kamran Ağayev və "Keşlə"nin moldovalı qolkiperi Stanislav Namaşko pələng ilində dünyaya gəlib.