Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sından ayrılmayacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə Varşava təmsilçisinin yeni idman direktoru Yatsek Zelinski TVPSPORT-a açıqlama verib.
Klub rəsmisinin sözlərinə görə, 24 yaşlı hücumçu ilə yanaşı, müdafiəçi Mateuş Veteska və Bartoş Sliş də "Legiya"da qalacaq: "Deyəsən, əsas komandadan heç kim getməyəcək. Bu günə olan vəziyyət belədir".
Qeyd edək ki, cari mövsümün əvvəlində "Legiya" ilə 3+1 illik müqavilə imzalamış Mahir Emrelinin azarkeşlərlə bağlı insedentdən sonra paytaxt klubunu tərk edəcəyi iddia olunur.