"Səbail" qış təlim-məşq toplanışına start verib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv hazırlığa "ASCO Arena"da başlayıb. Yanvarın 10-dan isə məşqlər "Dalğa Arena"da davam etdiriləcək.
"Dənizçilər" hazırlıq müddətində 4 yoldaşlıq oyunu keçirməyi planlaşdırır. Paytaxt təmsilçisi yanvarın 14-də “Qarabağ-2” ilə qarşılaşacaq. Yanvarın 18-də “Keşlə” ilə üz-üzə gələcək "Səbail" 6 gün sonra bu komanda ilə daha bir sınaq matçına çıxacaq.
Yanvarın 21-də isə I Divizion təmsilçisi MOİK-lə oyun nəzərdə tutulub.