"Qarabağ"ın legioneri Patrik Andradenin komandaya qoşulacağı vaxt bəlli olub.
Klubun Mətbuat Xidmətindən Sportnet.az-a verilən məlumata görə, 29 yaşlı yarımmüdafiəçi yanvanın 28-də Bakıda olacaq.
Qeyd edək ki, Patrik Andrade Kapo-Verde millisi ilə birlikdə Afrika Millətlər Kubokunda iştirak edib. Yarımmüdafiəçi Seneqala 0:2 hesabı ilə uduzduqları 1/8 final matçının 21-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovulub.
"Qarabağ" fevralın 1-də ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Keşlə"ni qəbul edəcək.