Türkiyənin "Fənərbağça" klubunda 4 futbolçu koronavirusa yoluxub.
Sportnet.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, onlar testi Antalyadakı təlim-məşq toplanışından əvvəl müsbət çıxıb.
Adları açıqlanmayan şəxslər karantinə alınıb.
Bundan əlavə, Mesut Özilin belində problem aşkarlanıb və o da hazırlıq prosesinə qatılmayıb.