Azərbaycan millisinin və Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Mahir Emreli hazırda daha yaxşı formadadır.
Sportnet.az-ın məlumatına görə, bu barədə Zaqreb təmsilçisinin baş məşqçisi Jelko Kopiç UEFA Avropa Liqasının pley-off mərhələsində İspaniya "Sevilya"sı ilə oyundan öncə yerli jurnalistlərə açıqlama verib.
45 yaşlı mütəxəssis 25 yaşlı hücumçunun məşlərdə iştirak etdiyini bildirib: "Öz mövqeyindəki oyunçularla rəqabət aparır. Amma start heyətində kimlərin oynayacağını görüş başlayanda biləcəyik. Daha çox Bruno Petkoviçin ilk "11-lik"də olacağını düşünürəm. Çünki onun hazırlığından razı qaldım. Hamı oyuna hazırdır. Səbirsizliklə qarşılaşmanın başlamasını gözləyirik".
Qeyd edək ki, fevralın 17-də oynanılacaq "Sevilya" - "Dinamo" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.