Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
Püşk nəticəsində 8 cütlüyün tərkibi səpələnmişlər və səpələnməmişlər səbətlərindən seçilərək müəyyənləşdiriləcək. Türkiyənin yeganə təmsilçisi "Qalatasaray" qrup qaliblərindən ibarət səpələnmişlər sırasındadır. Bu səbəbdən, "sarı-qırmızılar" cavab görüşünü evdə keçirəcək. Səpələnməmişlər səbətində isə pley-off mərhələsinin qalibləri yer alıb. Eyni ölkənin komandaları bir-birilərinə rəqib ola bilməyəcəklər.
Səpələnmişlər: "Srvena Zvezda" (Serbiya), "Ayntraxt" (Frankfurt, Almaniya), "Qalatasaray" (Türkiyə), "Bayer" (Leverkuzen, Almaniya), "Lion" (Fransa), "Monako" (Fransa), "Spartak" (Moskva, Rusiya), "Vest Hem" (İngiltərə)
Səpələnməmişlər: "Atalanta" (İtaliya), "Leyptsiq" (Almaniya), "Portu" (Portuqaliya), "Sevilya" (İspaniya), "Barselona" (İspaniya), "Betis" (İspaniya), "Reyncers" (Şotlandiya), "Braqa" (Portuqaliya)
Qeyd edək ki, ilk matçlar martın 10-da, cavab görüşləri martın 17-də olacaq.