UEFA Rusiyanın "Qazprom" şirkəti ilə əməkdaşlığın dayandırılması barədə qərar qəbul edib.
Sportnet.az-ın Avropa futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, qərar dərhal qüvvəyə minib və bütün mövcud müqavilələrə şamil edilib. Bura Çempionlar Liqası, milli komandaların yarışları və 2024-cü il Avropa çempionatı daxildir.
Müqaviləyə əsasən, şirkət hər il UEFA-ya 40 milyon avro ödəyirdi.
Qeyd edək ki, daha əvvəl Almaniyanın "Şalke" klubu da "Qazprom"la müqaviləni pozub.