Macarıstanın "Fehervar" klubunda çıxış edən ukraynalı futbolçu İvan Petryak Rusiya ilə müharibə şəraitində olan ölkəsi üçün tank almaq istəyir.
Sportnet.az-ın məlumatına görə, bu barədə jurnalist Vladimir Zveryev şəxsi tviter hesabında paylaşım edib.
Onun sözlərinə görə, 28 yaşlı yarımmüdafiəçi Ukrayna Silahlı Qüvvələrinə hərbi texnika almağa hazırdır: "Amma bunu necə edəcəyini bilmir. O, ordu üçün dəbilqə və zirehli gödəkçələrin alınmasına da kömək edir. Petryakın Budapeşt yaxınlığında 65 kvadratmetrlik kiçik evi var. Futbolçu ölkəni tərk etmək məcburiyyətində qalan 8 məcburi köçkünü də qəbul edib".
Qeyd edək ki, Rusiya və Ukrayna arasında müharibə fevralın 24-də başlayıb.