
AFFA İntizam Komitəsi (İK) "Şamaxı"nın futbolçusu Franko Floresi bir oyunluq cəzalandırıb.
Sportnet.az-ın məlumatına görə, buna 29 yaşlı müdafiəçinin Premyer Liqanın XXIV turunda "Sabah"a 1:5 hesabı ilə uduzduqları oyunda qırmızı vərəqə alaraq meydandan qovulması səbəb olub.
Rəqibi aşkar qol imkanından məhrum edən argentinalı oyunçu klubunu 200 manat məbləğində ziyana salıb.
İK "Neftçi"nin oyunçusu Ömər Buludova da eyni cəzanı verib. 24 yaşlı müdafiəçi "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri görüşdə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. "Ağ-qaralar" bunun üçün 200 manat ödəyəcək.