Türkiyənin "Qalatasaray" klubunda aprelin 30-da keçirilməsi planlaşdırılan prezident seçkisi baş tutmayacaq.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, Apellyasiya Məhkəməsi Ümumi Yığıncaqla bağlı qərarını açıqlayıb.
Məhkəmə "sarı-qırmızılar"da seçkinin sabah baş tutmayacağını bildirib.
Qeyd edək ki, İstanbul təmsilçisində hazırkı prezident Burak Elmasın fəaliyyətinin İdarə Heyəti tərəfindən müsbət rəy almamasına görə prezident seçkilərinin keçirilməsinə ehtiyac duyulub. Məhkəmə aprelin 19-da seçkini ləğv etsə də, Asliye Hüquq Məhkəməsi prosesin baş tuta biləcəyini açıqlamışdı.