2022/2023 mövsümü üçün İngiltərənin "Nyukasl" klubunun səfər forması Səudiyyə Ərəsbistanı milli komandasının formasına uyğun hazırlanacaq.
Sportnet.az "Amnesty International" nəşrinə istinadən xəbər verir ki, komandanın səfər forması ağ-yaşıl rəngdən ibarət olacaq.
Klub ev matçlarına ənənəvi olaraq ağ-qara forma ilə çıxacaq.
Qeyd edək ki, "Nyukasl"ın səhmlərini Səudiyyə Ərəbistanında fəaliyyət göstərən investisiya fondu alıb. 1892-ci ildə əsası qoyulmuş klub daha əvvəl iş adamı Mayk Eşliyə məxsus idi. O, 14 ildir Nyukasl təmsilçisinə rəhbərlik edirdi.