"Neftçi" azarkeşləri "Zirə"yə qarşı keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda tribunadan uzaqlaşdırılıb.
Sportnet.az xəbər verir ki, buna "Forza Neftçi" üzvlərinin "ağ-qaralar"ın prezidenti Kamran Quliyevi və baş məşqçisi Samir Abasovu istefaya səsləməsi səbəb olub.
Polisdən ilk olaraq fanatlara xəbərdarlıq etsə də, daha sonra onları tribunadan çıxarıblar.
Qeyd edək ki, qarşılaşmada hesab açılmayıb.