
Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün medalçılarının mükafatlandırma mərasimində maraqlı hadisə yaşanıb.
Sportnet.az-ın məlumatına görə, "Zirə" klubunun fəxri prezidenti Orxan Məmmədov bürünc medalları almağa iki oğlu ilə birlikdə çıxıb.
AFFA prezidenti Rövnəq Abdullayev bürünc medalı Məmmədovun boynundan asmaq istədiyi vaxt fəxri prezident övladını göstərərək, oğlunun təltif olunmasını istəyib. Bu zaman milli assosiasiya rəhbəri həm "Zirə" rəsmisinin özünü, həm də oğlunu mükafatlandırıb.
Onun digər oğluna medalı isə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev verib.