21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda səfərdə Estoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib.
Parnu şəhərindəki “Parnu Rannastadion”dakı qarşılaşma Azərbaycan komandasının 5:0 hesablı qələbəsi ilə bitib.
Millinin qollarını 3 və 33-cü dəqiqədə Musa Qurbanlı, 49-cu dəqiqədə Rüfət Abdullazadə, 50-ci dəqiqədə Ceyhun Nuriyev, 84-cü dəqiqədə isə İsmayıl Zülfüqarlı vurub.
Qeyd edək ki, Azərbaycan yığması A qrupunda 8 oyundan sonra 7 xalla 5-ci pillədə qərarlaşıb. 9 qarşılaşmanın hamısında məğlub olan Estoniya isə sonuncu - 6-cı yerdədir.
-------------------------------
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda səfərdə Estoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gələcək.
Parnu şəhərindəki “Parnu Rannastadion”dakı qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü Robert İan Jenkinsin rəhbərliyi ilə uelsli hakimlər idarə edəcək.
AVRO-2023, seçmə mərhələ
20:00. Estoniya - Azərbaycan - 0:5
QOL: Musa Qurbanlı, 3; 33. Rüfət Abdullazadə, 49. Ceyhun Nuriyev, 50. İsmayıl Zülfüqarlı, 84
Baş hakim: Robert İan Jenkins (Uels)
Parnu. “Parnu Rannastaadion”
Qeyd edək ki, Azərbaycan yığması A qrupunda 7 oyundan sonra 4 xalla 5-ci pillədə qərarlaşıb. 8 qarşılaşmanın hamısında məğlub olan Estoniya isə sonuncu - 6-cı yerdədir.