"Səbail"in və Qana millisinin sabiq futbolçusu Maykl Essyen "Sabah" klubunun akademiyasının qonağı olub.
Sportnet.az xəbər verir ki, keçmiş yarımmüdafiəçj U-10 və U-12 komandalarınən Bakı Olimpiya Stadionunda keçirilən məşqinə gələrək, azyaşlı futbolçularla görüşüb.
Görüş zamanı Essyen akademiya üzvlərinin suallarını cavablandırıb, onlara futbolda uğur qazanmaq üçün öz məsləhətlərini verib.
Daha sonra azyaşlı futbolçular arasında əyləncəli yarış keçirilib. Yarışın qalibi olan akademiyanın 2 futbolçusuna Essyenin imzalı forması hədiyyə edilib.