İtaliya "İnter"i çilili futbolçusu Aleksis Sançeslə yollarını ayırır.
Sportnet.az-ın məlumatına görə, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tviter səhifəsində yazıb.
O bildirib ki, tərəflər müqaviləyə xitam verilməsi ilə bağlı razılığa gəliblər.
Qeyd edəl ki, 2019-cu ildən "İnter"də çıxış edən 34 yaşlı hücumçu ötən mövsüm 39 oyunda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.