Braziliyanın "Korintians" klubu futbolçusu Villianla yollarını ayırıb.
Sportnet.az "Globo Esporte" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçinin müqaviləsi vaxtından əvvəl ləğv olunub.
Braziliya millisinin sabiq üzvü azarkeşlər tərəfindən təhdid olunduğu üçün bu qərarı qəbul etdiyini bildirib: "Braziliyaya hədə-qorxu ilə üzləşmək üçün gəlməmişəm. Hər dəfə "Korintians" uduzanda və oyunum alınmayanda ailəm sosial şəbəkələrdə təhdid və söyüşlərlə üzləşir. Həyat yoldaşıma, qızlarıma, bir müddət sonra isə atam və bacıma hücum etməyə başladılar".
Qeyd edək ki, Villian İngiltərədə "Çelsi" və "Arsenal" klublarının formasını geyinib.