
"Qrupdakı son oyunda eksperiment aparmayacağıq".
Sportnet.az-ın məlumatına görə, bunu futbol üzrə Qazaxıstan yığmasının baş məşqçisi Məhəmməd Adıyev UEFA Millətlər Liqasının C Divizionunda evdə Moldovaya 2:1 hesabı ilə qalib gəldikləri V tur oyunundan sonra mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis bildirib ki, Azərbaycan millisi ilə matçda heyətlə bağlı müəyyən dəyişikliklər olacaq: "Belə emosional qarşılaşmalardan sonra heyətə əl gəzdirmək lazımdır. Başqa çarə yoxdur, çünki oynayan futbolçular yorulacaqlar".
Qeyd edək ki, sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Qazaxıstan oyunu saat 20:00-da başlayacaq.