
Türkiyənin Erzurum şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoldaşlıq oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Türkiyənin müvafiq yaş qrupundan ibarət yığmasına qarşı oyun 3:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb.
Millinin heyətində 72-ci dəqiqədə Sadiq Məmmədli fərqlənib.
Bu komandalar arasında növbəti qarşılaşma sentyabrın 29-da olacaq.