Yunanıstanda "Olimpiakos" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının III tur matçında daha bir təxribat baş verib.
Sportnet.az-ın məlumatına görə, meydan sahiblərinin azarkeşlərinin oturduğu sektorlardan birində Ermənistan bayrağı asılıb.
Adətən, UEFA siyasi cəhətdən riskli oyunlarda üçüncü ölkənin bayrağının nümayişinə icazə vermir. Bu səbəbdən, qitə futbol qurumunun məsələyə reaksiya verməsi zəruridir.
Qeyd edək ki, oyunun startı ərəfəsində "Qarabağ" azarkeşləri "Olimpiakos" fanatlarının təzyiqinə məruz qalıb. Azərbaycan klubunun müdaxiləsindən sonra qonaq komanda azarkeşləri daha təhlükəsiz sektora keçirilib.
Hələlik "Olimpiakos" - "Qarabağ" oyununda hesab açılmayıb - 0:0.