Futbol tarixinin ən yaxşı oyunçularının reytinqi açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, "FourFourTwo" nəşrinin dərc etdiyi siyahıya karyerasını çoxdan bitirmiş oyunçular da daxil edilib. Postsovet məkanından rusiyalı qapıçı Lev Yaşin 31-ci, ukraynalı hücumçu Oleq Bloxin 52-ci pillədə yer alıb. 100-cü pillə isə Türkiyənin "Qalatasaray" klubunun rumıniyalı sabiq ulduzu George Hacıya məxsusdur.
Siyahıya isə argentinalılar başçılıq edir:
1. Lionel Messi (Argentina)
2. Dieqo Maradona (Argentina)
3. Kriştianu Ronaldu (Portuqaliya)
4. Pele (Braziliya)
5. Zinəddin Zidan (Fransa)
6. Yohan Kruiff (Niderland)
7. Corc Best (Şimali İrlandiya)
8. Frants Bekkenbauer (AFR)
9. Ferents Puşkaş (Macarıstan)
10. Ronaldo (Braziliya)