"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın "Olimpiakos" klubunun prezidenti Evangelos Marinakis koronavirusa yoluxub.
Sportnet.az Pirey təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 55 yaşlı funksionerin durumu yaxşıdır.
Marinakisdə ikinci dəfə koronavirus aşkarlanıb.
Qeyd edək ki, "Qarabağ" III turda Yunanıstanda rəqibini 3:0 hesabı ilə məğlub edib. Bakıdakı IV tur matçında qolsuz bərabərlik qeydə alınıb.