“Sumqayıt”ın sabiq baş məşqçisi Aleksey Baqa Belarusun “Şaxtyor” (Soliqorsk) komandasının sükanı arxasına keçib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
O, son ölkə çempionunda Miliç Çuriçiçi əvəzləyib.
Qeyd edək ki, bu ilin sentyabrında "Sumqayıt"dan istefaya göndərilən Aleksey Baqa 2021-ci ildə “Şaxtyor”un sükanı arxasında olub və kluba 2-ci çempionluğu qazandırıb.