Klaudio Ranyeri 31 ildən sonra yenidən İtaliyanın "Kalyari" komandasına baş məşqçi təyin olunub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssis B Seriyasında çıxış edən kollektivlə 2025-ci ilin iyununadək müqavilə imzalayıb.
Təcrübəli baş məşqçi bu vəzifədə Fabio Liveranini əvəzləyib.
Qeyd edək ki, Klaudio Ranyeri daha əvvəl 1988 - 1991-ci illərdə "Kalyari"yə rəhbərlik edib.