“Yaranmış qısa fasilədən sonra futbolçularda geriləmə var”.
Sportnet.az xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov klubun yutub kanalına açıqlamasında deyib.
52 yaşlı mütəxəssis yanvarın 2-də start götürdükləri təlim-məşq toplanışını da dəyərləndirib: “Təlim-məşq toplanışından çox şey gözləyirəm. Futbolçuların daha istəkli, aqressiv olması və funksional hazırlığı önəmlidir. Çünki bizi 18 turluq ağır çempionat gözləyir. Bütün komandalar heyətlərini gücləndirir. Bəzilərində məşqçi dəyişiklikləri oldu. Hamı özünü yaxşı tərəfdən göstərməyə çalışacaq”.
Qeyd edək ki, “Kəpəz” hazırlığın ikinci mərhələsi üçün yanvarın 7-də Türkiyəyə yollanacaq. Ayın 19-dək Antalyada məskunlaşacaq gəncəlilər “MTK Budapeşt” (Macarıstan - 14 yanvar), “Novi Pazar” (Serbiya - 16 yanvar) və “Kaysar”la (Qazaxıstan - 18 yanvar) yoxlama görüşlərində qüvvəsini sınayacaqlar.