Misli Premyer Liqasının XX turunda "Səbail"lə oyundan sonra bıçaqlanan Rahib adlı "Kəpəz" azarkeşi 1 saylı Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub.
Gəncə klubundan Sportnet.az-a verilən məlumata görə, hazırda onun həyatı üçün təhlükə yoxdur. Hadisəni törətməkdə şübhəli bilinən "Səbail" fanatı isə artıq saxlanılıb.
Xəstəxanada "Kəpəz"in İdarə Heyətinin sədri İlqar Nadiri, millət vəkili Müşfiq Cəfərov, idman direktoru Mehman Allahverdiyev, baş məşqçi Tərlan Əhmədov və çoxlu sayda azarkeş zərərçəkmişi tək buraxmayıblar.
Qeyd edək ki, "Səbail" - "Kəpəz" matçı Bakı klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.