DÇ-2024-ün əsas mərhələsində Yunanıstan və Polşa yığmaları ilə üz-üzə gələcək futzal üzrə Azərbaycan millisi növbəti məşqini keçirib.
Sportnet.az-ın məlumatına görə, Bakı İdman Sarayındakı hazırlıq prosesinin ilk 15 dəqiqəsi media üçün açıq olub.
Qeyd edək ki, martın 3-də Yunanıstan komandasını qəbul edəcək Azərbaycan millisi 4 gün sonra Polşanın qonağı olacaq.