Türkiyə Superliqasında çıxış edən "Konyaspor" klubunun futbolçusu Mahir Emreli zədələnib.
Sportnet.a AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı hücumçu Azərbaycan milli komandasının təlim-məşq toplanışında və AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində bu ay keçirəcəyi oyunlarda iştirak edə bilməyəcək.
Xatırladaq ki, millimiz martın 24-də Avstriya, 3 gün sonra isə İsveç yığması ilə qarşılaşacaq. Komandamız hər iki oyunu rəqib meydanında keçirəcək.