
"Rəqibin bir neçə oyununu izləmişik, müsbət və mənfi tərəflərini bilirik. Çalışacağıq ki, öz oyunumuzu sərgiləyək".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin kapitanı Emin Mahmudov səfərdə Avstriyaya qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə matçından öncə mətbuat konfransında deyib.
Təcrübəli yarımmüdafiəçi bildirib ki, komandada ab-hava yaxşıdır: "Son matçlarda qələbələr qazanmışıq".
Avstriya yığmasının çox sıx oyuna üstünlük verdiyini bildirən Mahmudov rəqibin pressinqlə çıxış etdiyini söyləyib: "Çalışacağıq ki, rəqibi öz oyunlarını sərgiləməyə imkan verməyək və özümüzü ən yaxşı tərəfdən göstərək".
Qeyd edək ki, martın 24-də Lints şəhərindəki "Raiffeisen Arena"da keçiriləcək Avstriya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.