
AVRO-2024-ün seçmə mərhələsində II turun İsveç - Azərbaycan oyununda erməni təxribatının qarşısı alınıb.
Sportnet.az-ın xəbərinə görə, Stokholmdakı “Friends Arena”da separatçı qruplaşmaların bayrağının qaldırılmasına cəhd edilib.
Dərhal İsveç polisi olaya müdaxilə edib. Yaranan kiçik çaxnaşmaya baxmayaraq, təxribatçılar hadisə yerindən uzaqlaşdırılıb.
Qeyd edək ki, oyun İsveç millisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:0 ("Report").