Beynəlxalq yoldaşlıq oyunlarında Türkiyə və Qırğızıstan yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Sportnet.az xəbər verir ki,“Turan Tovuz” klubunun üzvü Xəyyam Hüseynov heyətdən çıxarılıb. Onun əvəzinə “Qəbələ”nin oyunçusu İbrahim Ramazanov heyətə cəlb olunub.
Qeyd edək ki, millimiz iyunun 17-də İstanbulda Türkiyə, 20-də isə Bakıda Qırğızıstanla üz-üzə gələcək.